“Qalatasaray” Fatih Terimlə 5 illik müqavilə imzalayıb

“Qalatasaray” Fatih Terimlə 5 illik müqavilə imzalayıb
# 28 fevral 2019 13:51 (UTC +04:00)

Türkiyənin “Qalatasaray” klubu baş məşqçisi Fatih Terimlə müqaviləni uzadıb. ONA-nın məlumatına görə, 66 yaşlı mütəxəssis daha 5 il İstanbul təmsilçisini çalışdıracaq.
Onunla yeni anlaşma 2024-cü ilədək nəzərdə tutulub. F.Terim bu müddətdə ildə 3 milyon avro qazanacaq.
Yeni müqavilədə təzminatla bağlı maddə yer almayıb. Belə ki, tərəflərdən biri anlaşmanı pozsa, hər hansı kompensasiya ödənməyəcək. “Qalatasaray” rəhbərliyi yaxın günlərdə müqaviləni Türkiyə Futbol Federasiyasında qeydiyyatdan keçirəcək.
Qeyd edək ki, 2017-ci ilin dekabrında kluba qayıdan F.Terim “sarı-qırmızılar”la 1,5 illik müqavilə imzalamışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR