Medal qazanan taekvondoçu: “Məni dəstəkləyən hər bir kəsə təşəkkürümü bildirirəm” - VİDEO

Medal qazanan taekvondoçu: “Məni dəstəkləyən hər bir kəsə təşəkkürümü bildirirəm”  - <span style="color: red;">VİDEO
# 16 iyun 2015 20:42 (UTC +04:00)

Bakı-APA. “Son görüşlə və yarışla bağlı təəssüratlarım çox yaxşıdı. Çalışaraq bürünc medalı əldə etdim”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan millisinin taekvondoçusu Patimat Abakarova deyib.

Bakı-2015-də 49 kq çəki dərəcəsində yığmamıza bürünc medal qazandıran idmançı fikirlərini açıqlayıb.

Abakarova bildirib ki, yarımfinalda serbiyalı Tiyana Boqdanoçivlə görüşdə məşqçinin sözlərinə əməl etsəydi, mükafatının əyarı bürünc deyil, fərqli olardı: “Final üçün döyüşümdə məşqçimin verdiyi tapşırığı lazımınca yerinə yetirmədim. Əgər bunu etsəydim, fərqli nəticə qeydə alınardı. Yəni, məğlubiyyətimdə məhz çalışdırıcıya qulaq asmamağım öz rolunu oynadı. Döyüşlərimi azarkeşlərlə yanaşı, anam və qohumlarım da izləyirdi. Məni dəstəkləyən hər bir kəsə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Patimat bürünc medal uğrunda döyüşdə Erika Nikolini (İtaliya) məğlub edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR