“Məhəmməd Əmin Rəsulzadənin biblioqrafiyası” üç dildə nəşr edilib

“Məhəmməd Əmin Rəsulzadənin biblioqrafiyası” üç dildə nəşr edilib
# 25 may 2015 09:37 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 97-ci ildönümü ərəfəsində “Məhəmməd Əmin Rəsulzadənin biblioqrafiyası” nəşr edilib.

Bu barədə APA-ya “Məhəmməd Əmin Rəsulzadə Mərkəzi”nin sədri Nəsiman Yaqublu məlumat verib. Biblioqrafiyanı nəşrə hazırlayan tarix elmləri doktoru Nəsiman Yaqublu həmçinin kitabın redaktoru və giriş məqaləsinin müəllifidir. Nəsiman Yaqublu bildirib ki, üç dildə (Azərbaycan, Türkiyə türkçəsi və rus) nəşr edilən biblioqrafiya XX əsr tariximizin öyrənilməsinə ciddi töhfədir: “Bundan əvvəl mənim Azərbaycan və rus dillərində “Məhəmməd Əmin Rəsulzadə ensiklopediyası” kitablarım nəşr edilib. Hazırda həmin ensiklopediya Türkiyədə nəşr edilib. Ensiklopediya və biblioqrafiyanın ingilis dilində də nəşrinə çalışacağam. Nəşr edilən “Biblioqrafiya”da M.Ə.Rəsulzadənin 1179 əsərinin siyahısı verilib. Sağlığında O müxtəlif dillərdə və ayrı-ayrı ölkələrdə 27 kitab nəşr etdirib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR