İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması sistemi yenilənib

İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması sistemi yenilənib
# 03 iyun 2015 11:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İcbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması sistemi yenilənib.

İcbarı Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, icbari sığorta müqavilələrinin mövcudluğunun yoxlanılması sistemindən artıq sığorta tələblərinin statusunu da yoxlamaq mümkün olacaq. Belə ki, vətəndaşlar İcbari Sığorta Bürosunun iştirakçı sığortaçılarına (qeyri-həyat sığortası sahəsi üzrə fəaliyyət göstərən) qarşı irəli sürdükləri sığorta tələblərinin statusu haqqında məlumatı (qeydiyyat, təsdiq, ödəniş) http://services.isb.az internet səhifəsindən öyrənə biləcəklər.

Qeyd edək ki, 2015-ci ilin 5 ayı ərzində Büronun informasiya sistemində mövcud olan icbari sığorta müqavilələrin yoxlanılması məqsədi ilə http://services.isb.az səhifəsinə 640 mindən çox sorğu göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR