Bakıda çay evində qətl törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb

 Bakıda çay evində qətl törətməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayıb
# 21 iyul 2015 09:45 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə və xuliqanlıqda təqsirləndirilən Emin Musayev, Abdulla İsmayılov və Loğman Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası iyulun 24-nə təyin edilib.


Qeyd edək ki, fevralın 6-da Xətai rayonu ərazisində Məmmədov Şahlar Məzahir oğlunun üzərində zorakılıq əlamətləri olan meyitinin aşkar edilməsi faktına görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə) və 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddələri ilə cinayət işi başlanıb. İstintaqla müəyyən edilib ki, həmin tarixdə şəhər sakini Emin Musayev dostları Abdulla İsmayılov, Loğman Rəhimov “Arabeska” çay evində olarkən orada olan Şahlar Məmmədov arasında mübahisə yaranıb. Bu zaman E.Musayev və A.İsmayılov bıçaqla Ş. Məmmədovun bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetiriblər. Nəticədə Ş. Məmmədov ölüb.

Onu da qeyd edək ki, E. Musayev və A. İsmayılov qətldə, L. Rəhimov isə xuliqanlıqda təqsirləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR