Opera və Balet Teatrında “Koroğlu” operası nümayiş olunacaq - FOTO

Opera və Balet Teatrında “Koroğlu” operası nümayiş olunacaq - <span style="color: red;">FOTO
# 19 avqust 2014 11:30 (UTC +04:00)

Bakı. Cavid Zeynallı - APA. Sentyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Koroğlu” operası nümayiş olunacaq.

APA-nın məlumatına görə, tamaşa Heydər Əliyev Fondunun dəstəyi ilə Üzeyir Hacıbəyli adına VI Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutacaq.

Səhnə əsərinin quruluşçu rejissoru Hafiz Quliyev, quruluşçu rəssamı SSRİ xalq rəssamı Tahir Salahov, dirijoru xalq artisti Cavanşir Cəfərovdur.

Tamaşada Koroğlu rolunu vokalçı Ramil Qasımov, Nigar rolunu İlahə Əfəndiyeva, Həsən xan rolunu xalq artisti Şahlar Quliyev ifa edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR