Abdullah Gül: "Yeni baş nazir Əhməd Davudoğlu olacaq" - VİDEO

Abdullah Gül: "Yeni baş nazir Əhməd Davudoğlu olacaq" - <span style="color: red;">VİDEO
# 20 avqust 2014 02:26 (UTC +04:00)

APA TV-nin məlumatına görə, Abdullah Gül deyib ki, hakim Ədalət və İnkişaf Partiyasının qurultayı prezident səlahiyyətlərinin təhvil verilməsindən bir gün əvvəl keçiriləcək. Onun sözlərinə görə, fəaliyyətdə olan baş nazir Rəcəb Tayyib Ərdoğan prezident səlahiyyətlərinin icrasına başladıqdan sonra hökumətə xarici işlər naziri Əhməd Davudoğlu rəhbərlik edəcək. "Onu siyasətə də, dövlət həyatına da mən qazandırmışam", - deyən Abdullah Gül bildirib ki, Əhməd Davudoğlunun uğurlu baş nazir olacağına inanır.

Abdullah Gül səlahiyyət müddəti bitdikdən sonra Ankarada qalmaq istəmədiyini və İstanbula köçəcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR