2025-2026-cı tədris ili üzrə 113 minə yaxın uşaq artıq 1-ci sinfə qəbul olunub

2025-2026-cı tədris ili üzrə 113 minə yaxın uşaq artıq 1-ci sinfə qəbul olunub
# 14 iyun 2025 11:08 (UTC +04:00)

2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu uğurla davam edir. Bu günə qədər 113 min nəfərə yaxın uşağın birinci sinfə qəbulu tamamlanıb.


APA xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Zəkalar” liseyində keçirilən Son Zəng tədbirində iştirakı zamanı deyib.


“Proses sentyabrın 12-inə qədər davam edəcək.Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər”,-deyə o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR