Bank Of Baku

Ali məktəblərdə nəticəyönümlü maliyyələşmə layihəsi tətbiq ediləcək

Ali məktəblərdə nəticəyönümlü maliyyələşmə layihəsi tətbiq ediləcək
# 20 fevral 2025 12:27 (UTC +04:00)

Elmin mövcud maliyyələşmə alətləri günün tələblərinə cavab vermir.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev AMEA-nın Ümumi yığıncağında çıxışı zamanı deyib.

O qeyd edib ki, nəticəyönümlü maliyyələşmə yeni hazırlanmaqda olan dövlət proqramının əsasını təşkil edir: "Elmi fəaliyyətin nəticəsinə söykənən maaliyyələşmə ən ədalətli sistemdir. Ayrı-ayrı layihələrin, təqaüdlərin müxtəlif elmi fəaliyyətlərə yönəlmiş müəssisələr və alimlərə verilməsi planlaşdırılır".

Nazir qeyd edib ki, Qarabağ Universitetində nəticəyönümlü maliyyələşmə pilot layihə kimi tətbiq edilir və tezliklə ölkə üzrə bütün ali təhsil müəssislərində tətbiq edilməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR