Bank Of Baku

Azad edilmiş ərazilərdə 6 məktəbəqədər müəssisə və 11 məktəb istifadəyə veriləcək

Azad edilmiş ərazilərdə 6 məktəbəqədər müəssisə və 11 məktəb istifadəyə veriləcək
# 11 sentyabr 2025 10:58 (UTC +04:00)

İşğaldan azad edilmiş ərazilərdə 7 məktəbəqədər təhsil müəssisəsində 243 uşaq tədrisə cəlb olunub.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair media üçün brifinqdə deyib.

“Həmin ərazilərdə daha 6 məktəbəqədər təhsil müəssisəsinin istifadəyə verilməsini planlaşdırırıq”, - nazir qeyd edib.

O həmçinin bildirib ki, növbəti tədris ilində Qarabağda 11 ümumi təhsil müəssisəsinin açılması nəzərdə tutulur:

"Qarabağ və Şərqi Zəngəzurda ümumi təhsil müəssisələrində 2 807 şagird təhsil alacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR