Bank Of Baku

Bəzi ixtisasların V qrupa daxil edilməsi təşəbbüsü baş tutmayıb

Bəzi ixtisasların V qrupa daxil edilməsi təşəbbüsü baş tutmayıb
# 14 iyul 2025 11:47 (UTC +04:00)

Bu il müəyyən ixtisasların V qrupa daxil edilməsi nəzərdə tutulmuşdu, lakin layihə həyata keçirilmədi.

APA xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, ali təhsil müəssisələri bu təşəbbüsə etiraz ediblər.

DİM sədri qeyd edib ki, eyni zamanda, bir sıra nazirliklər də bu məsələ ilə bağlı narazılıqlarını bildiriblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR