Bank Of Baku

Bəzi ödənişli əsaslarla təhsil alanlar dövlət sifarişi üzrə təhsillərini davam etdirəcək

Bəzi ödənişli əsaslarla təhsil alanlar dövlət sifarişi üzrə təhsillərini davam etdirəcək
# 26 sentyabr 2025 15:16 (UTC +04:00)

"Yaxın günlərdə bakalavriat üzrə göstəricilər dəqiqləşdiriləcək və bəzi ödənişli əsaslarla təhsil alanlar da dövlət sifarişi üzrə təhsillərini davam etdirəcək".

Bunu APA-nın sualına cavab olaraq DİM sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, bu, Elm və Təhsil Nazirliyi ilə müzakirə olunacaq və boş qalan dövlət sifarişli yerlər açıqlanacaq: "Rəqəmlər dəqiqləşəndən sonra ictimaiyyətə təqdim ediləcək. Bu proses tam şəffafdır və heç kimin hüququ pozulmur. Dövlətin ayırdığı maliyyə vəsaiti mütləq şəkildə təhsilə yönləndirilir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR