Bank Of Baku

Bu gün tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayır

Bu gün tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsi başlayır
# 29 avqust 2025 00:00 (UTC +04:00)

Bu gün məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə start veriləcək.

Bu barədə APA-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, 5593 namizədin iştirakı planlaşdırılan müsabiqə 29 imtahan mərkəzində təşkil olunacaq.

Xatırladaq ki, namizəd şəxsi səhifəsində qeyd olunan tarix və məkanda imtahanda iştirak etməlidir. Qeydiyyat prosesinə gecikən namizədlər imtahan binasına buraxılmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR