Deputat Elnarə Akimova məktəblərdə mütaliəyə diqqətin artırılmasını vacib sayıb

Elnarə Akimova, Milli Məclisin deputatı

© APA | Elnarə Akimova, Milli Məclisin deputatı

# 23 may 2025 13:53 (UTC +04:00)

Məktəblərimizdə mütaliəsiz bir nəsil yetişir.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Elnarə Akimova bildirib.

“Dil çevrəsi qapanmış, xəyal dünyası daralmış, beyinləri kilidlənmiş, ədəbiyyatdan uzaq düşən bir nəsil yetişir və bu artıq böyük bir problemə çevrilməkdədir. Təhsilimizdə, dərsliklərimizdə ədəbiyyatımıza diqqət xüsusi olmalıdır. Çünki ədəbiyyat daha çox mənəviyyata toxunan, mənəviyyata xidmət edən bir sahədir. Amma baxaq görək, dərs yükünün ağırlığı uşaqlara mütaliə üçün imkan verirmi? Bizim ədəbiyyat, mədəniyyət ənənəmiz var, o təməllərin laxlamasına imkan verməməliyik. Yaranmış boşluqlarımıza diqqət yönəltməliyik”, - deyə vurğulayıb .

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR