Bank Of Baku

DİM: Azərbaycan və rus bölmələrində abituriyentlərin hazırlıq səviyyəsi arzuolunan deyil

DİM: Azərbaycan və rus bölmələrində abituriyentlərin hazırlıq səviyyəsi arzuolunan deyil
# 19 iyun 2026 18:02 (UTC +04:00)

Azərbaycan bölməsində abituriyentlərin 61.24, rus bölməsində isə 64.82%-i 200-dən çox bal toplayıb.

APA xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin "Abituriyent" jurnalının 12-ci nömrəsində dərc etdiyi 2025/2026-cı tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanları nəticələrinə dair elmi-statistik materiallarında yer alıb.

Məlumata görə, Azərbaycan və rus bölmələri üzrə abituriyentlərin orta bal göstəriciləri arasındakı fərq ötən ilki 15,31 baldan bu il 2,5 bala enib. Azərbaycan bölməsində abituriyentlərin 61,24 faizi, rus bölməsində isə 64,82 faizi 200-dən yuxarı bal toplayıb.

Eyni zamanda, statistik göstəricilər hər iki bölmədə abituriyentlərin hazırlıq səviyyəsinin arzuolunan səviyyədə olmadığını göstərir. Belə ki, imtahanda iştirak edənlərin yarısı Azərbaycan bölməsində 249,68 baldan, rus bölməsində isə 254,46 baldan aşağı nəticə göstərib.

Qeyd olunub ki, bu göstəricilər hər iki bölmədə abituriyentlərin hazırlıq səviyyəsinin dövlət tədris proqramları və təhsil standartlarının tələblərinə tam uyğun olmadığını təsdiqləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR