Bank Of Baku

Dünya reytinqlərində Azərbaycan ali təhsil müəssisələrinin sayı 3 dəfə artıb

Dünya reytinqlərində Azərbaycan ali təhsil müəssisələrinin sayı 3 dəfə artıb
# 13 dekabr 2024 12:59 (UTC +04:00)

“UI Greenmetric 2024” dünya universitetlərinin reytinqində Azərbaycan ali təhsil müəssisələrinin sayı 3 dəfə artaraq 12-ə çatıb.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən xəbər verilib.

Bildirilib ki, ötən il reytinqə daxil olan 4 ali təhsil müəssisəsinin mövqeyi 2024-cü ildə daha da güclənib.

Əlavə olaraq, cari ildə ilk dəfə Azərbaycanın 8 ali təhsil müəssisəsi “UI Greenmetric” dünya universitetlərinin reytinqinə daxil olub. Ümumilikdə, Azərbaycandan 6 ali təhsil müəssisəsi bu reytinqdə TOP 1000-də yer alır.

Qeyd edək ki, “dayanıqlılıq” istiqaməti üzrə dünya universitetlərinin fəaliyyətinin qiymətləndirildiyi “UI Greenmetric 2024” reytinqində 95 ölkədən 1477 ali təhsil müəssisəsi təmsil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR