Bank Of Baku

Əlliliyi olan müəllimlərin sertifikasiya imtahanının qaydaları açıqlanıb

Əlliliyi olan müəllimlərin sertifikasiya imtahanının qaydaları açıqlanıb
# 11 mart 2025 22:11 (UTC +04:00)

Kimya, fizika və riyaziyyat fənni üzrə əllilliyi olan müəllimlərin sertifikasiya imtahanının qaydaları açıqlanıb.

APA xəbər verir ki, bunu Təhsil İnstitutunun şöbə müdiri Muxtar Hacıyev deyib.

"Bakı Şəhər Təhsil İdarəsi və Regional Təhsil İdarələri bizə 1-ci qrup gözdən əllilliyi olan müəllimlərin siyahısını təqdim edib. Sertifikasiya imtahanının test mərhələsində bu müəllimlərin hər biri üçün əlavə nəzarətçi ayrılacaq. Nəzarətçi yanlarında oturub suallarla bağlı kömək edəcək. Bu müəllimlərə digərlərindən fərqli olaraq əlavə 60 dəqiqə vaxt veriləcək, eyni zamanda, riyaziyyat, fizika və kimya fənnlərindən qrafik suallar yazılı suallarla əvəzlənəcək", - o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR