Bank Of Baku

Emin Əmrullayev Ağcabədidə vətəndaşları qəbul edib

Emin Əmrullayev Ağcabədidə vətəndaşları qəbul edib
# 19 dekabr 2025 17:34 (UTC +04:00)

Dekabrın 19-da elm və təhsil naziri Emin Əmrullayev Ağcabədi şəhərində vətəndaş qəbulu keçirib.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbulda Ağcabədi, Ağdam, Füzuli, Xocalı, Xocavənd, Şuşa, Tərtər, Bərdə, Ağdərə, Laçın, Kəlbəcər sakinləri iştirak ediblər. Qəbuldan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Qəbul zamanı vətəndaşlar xarici kvalifikasiyaların tanınması, iş yerinin dəyişdirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciətlər ediblər.

Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, müraciətlərin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR