Bank Of Baku

Emin Əmrullayev: Aparıcı elmi nəşrlər bazasında azərbaycanlı alimlərin göstəriciləri artıb

Emin Əmrullayev: Aparıcı elmi nəşrlər bazasında azərbaycanlı alimlərin göstəriciləri artıb
# 17 mart 2025 11:06 (UTC +04:00)

“Web of Science” aparıcı elmi nəşrlər bazasında azərbaycanlı alimlərin göstəriciləri artıb.

APA xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev sosial şəbəkə hesabında paylaşım edib.

"2024-cü ildə alimlərimiz tərəfindən bu bazada indekslənən elmi nəşrlərdə dərc edilmiş məqalələrin sayı 2022-ci illə müqayisədə 2 dəfə çox olub. Məqalələrin 325-i dünyada ən çox oxunan 10%, 85-i isə 1% elmi işlərin arasında yer alıb.

Bu nəticələr ölkə alimlərinin dünyada nüfuzunun artdığını göstərir və gələcəkdə elm sahəsində əldə olunacaq beynəlxalq uğurlara işarə edir", - paylaşımda qeyd edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR