“Məktəblərdə rüşvət halı ilə bağlı hər bir müraciət araşdırılır”.
APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.
Nazir bildirib ki, bununla bağlı onlara müraciətlər olur: “Həm mediadan, həm də sosial şəbəkələrdən bizə müraciətlər olur. Bu halların hamısı araşdırılır və geridönüş edilir”.
"Şəffaflığın təmin olunması üçün müvafiq addımlar atılır", - deyə nazir qeyd edib.