Gələn ay müəllimlərin sertifikasiya imtahanı keçiriləcək

Gələn ay müəllimlərin sertifikasiya imtahanı keçiriləcək
# 13 may 2025 12:38 (UTC +04:00)

Müəllimlər üçün növbəti sertifikasiya imtahanları təşkil olunacaq.

APA xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, 18-25 iyun tarixlərində coğrafiya, informatika, kimya, fizika biologiya müəllimlərinin sertifikasiya imtahanı keçiriləcək.

"Ötən il birinci cəhddə uğursuz olanlar ikinci cəhd kimi həmin tarixlərdə imtahan verə biləcəklər. İmtahan vaxtı və yeri ilə bağlı əlavə məlumatlar sabah gün sonuna qədər müəllimlərin şəxsi kabinetinə göndəriləcək"-,o bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR