Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri təyin edilib

Goranboy-Naftalan üzrə təhsil sektorunun müdiri təyin edilib
# 22 may 2025 11:32 (UTC +04:00)

Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Goranboy-Naftalan rayonları üzrə təhsil sektorunun müdiri təyinatı olub.

APA-nın yerli bürosunun məlumatına görə, bununla bağlı Gəncə-Daşkəsən RTİ müdiri Elçin Kərimov əmr imzalayıb.

Əmrə əsasən, Goranboy-Naftalan təhsil sektorunun müdiri vəzifəsinə Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin Daşkəsən rayon təhsil sektorunun müdiri Vüsal Cəfərov təyin olunub.

Qeyd edək ki, Goranboy-Naftalan təhsil sektoruna müdiri vəzifəsini Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin əməkdaşı Əli Cəfərov icra edirdi. Təhsil sektorunun əvvəlki müdiri Xəyal Məmmədov bu illin fevralında yoxlamanın nəticəsinə əsasən vəzifəsindən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR