Bank Of Baku

Layihə rəhbəri: Hazırda 21 STEAM mərkəzi fəaliyyət göstərir

"STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov

© APA | "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov

# 17 noyabr 2025 11:33 (UTC +04:00)

"Hazırda 21 STEAM mərkəzi fəaliyyət göstərir".

APA xəbər verir ki, bunu Beynəlxalq STEAM Azərbaycan Festivalının açılış mərasimində "STEAM Azərbaycan" layihəsinin rəhbəri İqrar Nəzərov bildirib.

“41 məktəb və 6 min şagirdi əhatə edən bu layihə 300 mindən çox şagirdi, 400 mindən çox məktəbi özündə birləşdirir. Qazaxstan, Özbəkistan və Qırğızıstanda STEAM layihələrinin təşkilinə və STEAM mərkəzlərinin qurulmasına nail olmuşuq”, - o bildirib.

İqrar Nəzərov qeyd edib ki, 5 il ərzində 25 mindən çox iştirakçı festivalda qeydiyyatdan keçib: “Ən çox qeydiyyat bu il olub. 21 ölkədən 5 mindən çox xarici vətəndaş qeydiyyatdan keçib".

O həmçinin bildirib ki, Qarabağ Universitetinin tələbələri də bu yarışa qoşulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR