Rus bölməsi üzrə vakant yerlərin azərbaycan bölməsi müəllimlərinə verilməsi ilə bağlı iddialar həqiqəti əks etdirmir.
Bu sözləri APA-ya açıqlamasında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli deyib.
O bildirib ki, bölmələr üzrə test, müsahibə və vakansiya seçimi mərhələsi ayrılıqda həyata keçirilir.
Qeyd edək ki, sosial şəbəkələrdə rus bölməsi üzrə vakant yerlərin Azərbaycan bölməsi müəllimlərinə verilməsi ilə bağlı iddialar yayılmışdı.