Bank Of Baku

MİQ üzrə vakansiya seçiminə start verilib

MİQ üzrə vakansiya seçiminə start verilib
# 06 avqust 2025 11:00 (UTC +04:00)

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə start verilib.

Bu barədə APA-ya Təhsil İnstitutunun İnsan resusları şöbəsindən məlumat verilib.

Belə ki, bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə bilər.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR