Bank Of Baku

Müəllimlərin sertifikasiya imtahanı üzrə müsahibənin keçiriləcəyi tarix məlum olub

Müəllimlərin sertifikasiya imtahanı üzrə müsahibənin keçiriləcəyi tarix məlum olub
# 11 sentyabr 2025 18:13 (UTC +04:00)

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsinin keçiriləcəyi tarix və məkan barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə göndərilib.

Bu barədə APA-ya Təhsil İnstitutunun İnsan resusları Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müəllimlər portal.edu.az platformasında yerləşən “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla müsahibə məlumatları ilə tanış ola bilərlər:

"Müsahibə mərhələsi barədə məlumatlar müəllimlərin şəxsi kabinetlərinə hissə-hissə göndərilir. Xatırladaq ki, test imtahanlarında keçid balını toplayan şəxslərin əməkhaqqına 10%, 51 bal və daha yüksək nəticə əldə etmiş şəxslərin əməkhaqqına isə 35% əlavə veriləcək. Əlavələr müsahibə mərhələsində uğur qazanan müəllimlərin əməkhaqqına tətbiq olunacaq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR