Bank Of Baku

MÜTDA övladı avtomatik I sinifə keçən valideynlərə müraciət edib

MÜTDA övladı avtomatik I sinifə keçən valideynlərə müraciət edib
# 01 may 2025 16:13 (UTC +04:00)

30 aprel 2025-ci il tarixində Azərbaycan bölməsi üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında təhsil alan 85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib. Hansı valideyn avtomatik təyin edilmiş məktəb və müəllim seçimi ilə razılaşmasa, bu gündən etibarən sorğusunu ləğv edə bilər.

APA xəbər verir ki, bunu MÜTDA-nın Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə deyib.

"Sorğunu dəyişmək istəyən valideynlər 6 may 15:00-dan etibarən digər məktəbi və müəllimi seçə bilərlər", - o qeyd edib.

Fəridə Bilişzadə bildirib ki, şərtləri ödəyən vətəndaşın sorğusu təsdiqlənir:

"Sorğusu təsdiqlənməyən vətəndaşlar 5 iyun saat 11:00-dan sonra boş qalan yerlərə müraciət edə bilər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR