Bank Of Baku

Nazir: 5-10 şagirdi olan məktəbdə keyfiyyətli təhsil vermək qeyri-mümkündür, məktəblərin ixtisarı davam edəcək

Emin Əmrullayev, elm və təhsil naziri

© APA | Emin Əmrullayev, elm və təhsil naziri

# 13 noyabr 2025 14:02 (UTC +04:00)

5-10 şagirdi olan məktəbdə keyfiyyətli təhsil vermək qeyri-mümkündür.

APA xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev deyib.

Nazir qeyd edib ki, məktəblərin ixtisarı davam edəcək: “5-10 şagirdi olan məktəbdə keyfiyyətli təhsil vermək qeyri-mümkündür. Təsəvvür edin, 2 nəfər olan sinifdə necə musiqi dərsi keçək? Xorda necə öyrədək? Bu, uşağın gələcəyinə də təsir edəcək. 10 nəfər olan məktəbdə təhsil alan uşağın nə qədər dostu olacaq? Biz həmin uşaqlara başqa yerdə daha keyfiyyətli təhsil verə bilərik”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR