Bank Of Baku

Nazir: Keyfiyyətli məktəbəqədər təhsilimiz yoxdursa, keyfiyyətli ibtidai təhsilimiz də olmayacaq

Elm və təhsil naziri Emin Əmrullayev

© APA | Elm və təhsil naziri Emin Əmrullayev

# 16 dekabr 2025 10:55 (UTC +04:00)

"Son 10-20 ildir ki, Azərbaycanda ali təhsil, elm məkanı irəliyə doğru gedir".

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı”nda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, əsas inkişaf göstəriciləri keyfiyyətli ölçmə mədəniyyətinin yaranmasıdır və bu, böyük dəyişiklikdir:

“Son illərdə elm və ali təhsil müəssisələrinin, elm və təhsilin birgə inkişaf etdirilməsi vacib məsələdir. Təhsil pillələrini bir-birindən ayırıb müzakirə etmək səmərəli deyil. Bizim keyfiyyətli məktəbəqədər təhsilimiz yoxdursa, keyfiyyətli ibtidai təhsilimiz yoxdursa, keyfiyyətli ümumorta təhsilimiz olmayacaq. Yəni, məsələyə kompleks şəkildə yanaşmaq lazımdır”.

Nazir doktorantura təhsilinin müddəti məsələsinə də münasibət bildirib: "Bir çox ölkədə doktorantura təhsilinin neçə ilə bitməsi önəmli deyil. Bu kontekstdə təbii ki, biz də keyfiyyəti önə çəkməliyik. Təəssüf ki, bizim üçün illər önəmlidir. Biri zaman, digəri münasibət məsələsidir".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR