Bank Of Baku

Nazir müavini: İnternet dövrünə uyğun olaraq hər bir məzundan peşəkarlıq tələb olunacaq

Nazir müavini: İnternet dövrünə uyğun olaraq hər bir məzundan peşəkarlıq tələb olunacaq
# 02 iyul 2025 15:58 (UTC +04:00)

İnternet dövrünə uyğun olaraq hər bir məzundan peşəkarlıq tələb olunacaq.

APA xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Firudin Qurbanov “SABAH-ın Məzunu 2025” tədbirində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, məzunlardan böhran vəziyyətində düzgün qərar vermək bacarığı, eləcə də bir çox keyfiyyətlər tələb olunacaq: "Gələcəkdə bizi hansı problemlərin gözlədiyi bilinmir. Robotlaşdırılmış sistemlərlə bağlı 5-6-cı sənaye inqilabı ola bilər. Amma yenə də onun da mərkəzində yaradıcı təfəkkürlü insan olacaq".

F. Qurbanov həmçinin xoşbəxt gəncləri görməkdən fərəhləndiyini bildirib: “Siz xoşbəxt tələbələr olmusunuz ki, ali məktəbə daxil olanda 30 ilə yaxın işğalda qalan torpaqlar azad edilmişdi. Bu gün isə tam suveren ölkənin məzunlarısınız".

O qeyd edib ki, SABAH qrupları ilk dəfə 7 ali məktəbdə yaradıldı. SABAH qruplarının yaradılmasındakı əsas məqsəd yaradıcı və istedadlı gənclərin inkişafına dəstək vermək idi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR