Bank Of Baku

Nazir müavini: Təhsil Tələbə Krediti Fondundan istifadə edən tələbələrin 54%-i qadınlardır

Elm və təhsil nazirinin müavini İdris İsayev

© APA | Elm və təhsil nazirinin müavini İdris İsayev

# 14 oktyabr 2025 12:35 (UTC +04:00)

"Təhsil Tələbə Krediti Fondundan istifadə edən tələbələrin 54%-i qadınlardır".

APA xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müavini İdris İsayev “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu çərçivəsində təşkil edilən panel müzakirə zamanı deyib.

O qeyd edib ki, bu statistika göstərir ki, övladlarımıza, xüsusilə də, qızlarımıza təhsil sahəsində imkanlar yaratmaq istiqamətində mühüm addımlar atılıb: “2021-ci ildə təhsil alanların yarısı dövlət hesabına, yarısı isə ödənişli təhsil alıb. Ödənişli təhsil alan tələbələr arasında müxtəlif imkanların yaradılması önəmli məsələdir. Bu məqsədlə Təhsil Tələbə Krediti Fondu yaradılıb. Fond vasitəsilə ödənişli təhsil alan tələbələr kreditlər əldə edərək öz təhsil haqlarını ödəyə bilirlər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR