Bank Of Baku

Nazir: Sertifikasiyada yüksək nəticə göstərən 18 minə yaxın müəllimin maaşı artıb

elm və təhsil naziri Emin Əmrullayev

© APA | elm və təhsil naziri Emin Əmrullayev

# 06 fevral 2025 15:12 (UTC +04:00)

Bu günədək ümumilikdə 64 901 nəfər müəllim sertifikasiyaya cəlb olunub.

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev brifinqdə deyib.

Nazir bildirib ki, onlardan 17 426 nəfər yüksək nəticə göstərib və maaşlarına 35 faiz artım olub.

38 084 nəfər isə orta nəticə göstərib və maaşlara 10 faiz artım olub.

Emin Əmrullayev, həmçinin qeyd edib ki, 2026-cı ilin sonunadək 1 000 məktəbdə metodik fəaliyyət təşkil ediləcək, metodistlər sertifikasiya nəticəsi yüksək olan müəllimlərdən seçiləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR