Bank Of Baku

Nazir: Universitet maddi gəlir üçün tələbə sayını artırmaqdansa, sayı azaldıb, təhsilin keyfiyyətini yüksəltməlidir

Elm və təhsil naziri Emin Əmrullayev

© APA | Elm və təhsil naziri Emin Əmrullayev

# 16 dekabr 2025 11:06 (UTC +04:00)

"Universitet maddi gəlirin artması üçün tələbə sayını artırmaqdansa, tələbə sayını azaldıb, təhsilin keyfiyyətini artırmalıdır".

APA xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “Doktorantların və Gənc Tədqiqatçıların XXVIII Respublika Elmi Konfransı”nda çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, bir çox ali təhsil müəssisəsinin beynəlxalq əməkdaşlıqlarının davamlı olması üçün müəyyən addımlar atılmalıdır: “Bu baxımdan, neqativ hal ondan ibarətdir ki, Azərbaycanda ali təhsil müəssisəsinin illik gəlirləri, maliyyəsi tələbə sayına bağlıdır. Bu da bir neçə böyük problem yaradır. Məsələn, maddi olaraq ali təhsil müəssisələrinin böyüməsini məhdudlaşdırır. Bu baxımdan, dövlət sifarişli təhsilin diferensiallaşması zərurəti yaranır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR