Bank Of Baku

Peşə tanınması ilə bağlı keçirilmiş imtahanda 75% şəxs uğur qazanmayıb

Peşə tanınması ilə bağlı keçirilmiş imtahanda 75% şəxs uğur qazanmayıb
# 02 iyul 2025 17:57 (UTC +04:00)

“Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 6.2-ci bəndinə əsasən müəllimlik, mühəndislik və hüquq ixtisasları üzrə ərizəçinin Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) sifarişi ilə Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanda müvəffəqiyyət qazanması (keçid balını toplaması) tələb olunur.

Təhsildə Keyfiyyətin Təminatı Agentliyindən APA-ya verilən məlumata görə, 23 iyun 2025-ci il tarixində DİM tərəfindən keçirilmiş imtahanda iştirak etmək üçün 295 nəfər namizəd qeydiyyatdan keçib, bunlardan 240 nəfəri imtahanda iştirak edib.

25 ixtisas üzrə müvəffəqiyyət göstəricisi 25% təşkil edib. İxtisaslar üzrə iştirak etmiş və keçid balını toplamış namizədlərlə bağlı statistikanı təqdim edirik (Statistika ilə keçiddən tanış ola bilərsiniz).

Bildirilib ki, imtahanda ixtisaslar üzrə müraciət sayına uyğun olaraq ən çox imtina almış 4 ixtisasın ölkələr üzrə təhlili aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR