Bank Of Baku

Peşə təhsili alaraq universitetə imtahansız qəbul olmaq şansı ilə bağlı iddialara aydınlıq gətirilib

Peşə təhsili alaraq universitetə imtahansız qəbul olmaq şansı ilə bağlı iddialara aydınlıq gətirilib
# 28 avqust 2025 12:36 (UTC +04:00)

Yalnız yüksək texniki peşə təhsili istiqaməti üzrə təhsil alan şəxslər ali təhsil müəssisəninə qəbul olunmaq şansı əldə edirlər.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

“Ümumi orta təhsil bazasından müraciət edən tələbələr üçün 3 illik və 4 illik tədris qruplarına müraciət zamanı yaş məhdudiyyəti tətbiq edilir. Belə ki, bu qruplara yalnız son 3 il ərzində ümumi orta təhsilini başa vuran şəxslər müraciət edə bilərlər”, - agentlikdən bildirilib.

Qeyd edək ki, sosial şəbəkələrdə illər əvvəl orta məktəbi bitirən şəxslərin peşə təhsili alaraq universitetə tam imtahansız qəbul edilə bilmələri ilə bağlı səhifələr yaradılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR