Bank Of Baku

Peşə təhsili ilə bağlı hökumətə təkliflər verilib

Peşə təhsili ilə bağlı hökumətə təkliflər verilib
# 02 dekabr 2025 12:05 (UTC +04:00)

“Peşə təhsilinə marağın artırılması cəmiyyət üçün əsas hədəflərdən biri olaraq müəyyənləşdirilməlidir. Hazırda 2027–2030-cu illəri əhatə edəcək növbəti Sosial-İqtisadi İnkişaf Proqramının konsepsiyası üzərində işləyirik”.

APA xəbər verir ki, bu fikirləri bu gün təşkil edilən “Peşə Təhsili: nailiyyətlər və çağırışlar” konfransında Elm və Təhsil Nazirliyinin Elm, ali, peşə təhsili şöbəsinin müdiri Turxan Süleyman deyib.

O qeyd edib ki, təkliflər həm hökumətə, həm də ictimaiyyətə təqdim olunub:

“Oxşar müzakirələri biz artıq ali təhsil müəssisələri ilə apardığımız kimi, orta ixtisas təhsili müəssisələri, kollec və texnikumlarla da aparmışıq. Növbəti ilin yanvar ayından etibarən qanunvericilik bazasının yenilənməsi və normativ-hüquqi aktların hazırlanması ilə bağlı təşəbbüslər də müzakirə ediləcək”, - şöbə müdiri bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR