Bank Of Baku

Rezidenturaya əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyatına start verilir

Rezidenturaya əlavə yerləşdirmə ilə qəbul olunanların qeydiyyatına start verilir
# 08 sentyabr 2025 14:34 (UTC +04:00)

Ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə əlavə yerləşdirmə (II tur) ilə qəbul olunan şəxslərin elektron qeydiyyat prosesinə 10 sentyabr saat 11:00-da start veriləcək.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Namizədlər https://portal.edu.az/ saytında qeydiyyatdan keçərək “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər.

Elektron sistem üzrə qeydiyyat 17 sentyabr saat 18:00-da yekunlaşacaq.

Müvafiq xidmətdən istifadə etməklə qeydiyyatdan keçməyən və təhsil müəssisəsindən təsdiq almayan şəxslər qəbul olunanların siyahısından xaric olunacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR