Bank Of Baku

Sabah bəzi universitetlərdə tədris ənənəvi, bəzilərində isə onlayn aparılacaq

Sabah bəzi universitetlərdə tədris ənənəvi, bəzilərində isə onlayn aparılacaq
# 24 fevral 2025 19:37 (UTC +04:00)

Sabah bəzi universitetlərdə tədris ənənəvi, bəzilərində isə onlayn formada aparılacaq.

APA-nın xəbərinə görə, sabahdan Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Türkiyə-Azərbaycan Universiteti, UNEC, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Avrasiya Universitetində və Azərbaycan Memarlıq və İnşaat Universitetində dərslər ənənəvi qaydada keçiriləcək.

Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Bakı Mühəndislik Universiteti, Xəzər Universiteti və Sumqayıt Dövlət Universitetlərinin mətbuat xidmətlərindən isə bildirilib ki, qarlı hava şəraiti ilə əlaqədar olaraq 25 fevralda da dərslər hibrid (həm ənənəvi, həm onlayn formatda) keçiriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR