Bank Of Baku

“SABAH-ın Məzunu 2025” tədbiri keçirilib

“SABAH-ın Məzunu 2025” tədbiri keçirilib
# 02 iyul 2025 16:04 (UTC +04:00)

Bu gün Heydər Əliyev Sarayında “SABAH-ın Məzunu 2025” tədbiri keçirilib.

APA xəbər verir ki, tədbirdə dövlət və özəl qurumların rəsmiləri, millət vəkilləri, ali təhsil müəssisələrinin rektorları, müəllim və tələbələr, eləcə də digər qonaqlar iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları SABAH məzunlarının nailiyyətlərini əks etdirən sərgi ilə tanış olublar.

SABAH qruplarının fəaliyyəti haqqında videoçarx nümayiş etdirilib.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov çıxışında bildirib ki, internet dövrünə uyğun olaraq hər bir məzundan profesionallıq tələb olunacaq.

Tədbirdə SABAH məzun tədbirinin hər il təkrarlanan bir ənənəsi - rəmzi SABAH açarının hazırkı məzunlardan növbəti ilin məzunlarına ötürülməsi baş tutub.

Daha sonra ən yüksək göstəriciləri ilə fərqlənən SABAH-ın məzunları ali təhsil müəssisələrinin rektorları tərəfindən təltif olunublar.

Tədbirdə çıxış edən SABAH Məzunlar Assosiasiyasının sədr müavini Mirgünay Bayramova yeni qurumun fəaliyyəti və qarşıya qoyulan məqsədlər haqqında danışıb.

Tədbir çərçivəsində SABAH qrupları tələbələrinin ifasında musiqi nömrələri də səsləndirilib.

Qeyd edək ki, 2024–2025-ci tədris ilində 10 ali təhsil müəssisəsi üzrə 955 bakalavr və 466 magistr SABAH qruplarından məzun olur. Hazırda Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin "SABAH qrupları" layihəsi 13 ali təhsil müəssisəsini, 8 ixtisas istiqaməti üzrə 71 ixtisas və ixtisaslaşmanı, bakalavriat və magistratura səviyyələri üzrə 4134 tələbəni və 6842 məzunu əhatə edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR