SABAH qruplarına daxil olanların sayının 15 minə çatdırılması nəzərdə tutulur”.
APA xəbər verir ki, bu sözləri elm və təhsil nazirinin müşaviri Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu istiqamətdə artıq addımlar atılmaqdadır: “Dəyişikliklərin biri də ondan ibarətdir ki, əvvəllər tələbələr ikinci kursdan başlayaraq SABAH qruplarında təhsil alırdılar. Bundan sonra göstərdikləri akademik nəticəyə və DİM imtahanlarındakı göstəricilərinə əsasən, müsahibə yolu ilə tələbələr birinci kursdan başlayaraq SABAH qruplarında təhsil ala biləcəklər”.
Nicat Məmmədli eyni zamanda bildirib ki, SABAH qruplarında ixtisasların sayı artırılacaq: "Artıq digər ixtisaslarda təhsil alan tələbələrin də SABAH qrupları kimi yeni məzmunlu təhsil qruplarında təhsil alması təmin ediləcək. Bu da təhsilimizin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində daha mühüm addım olacaq”.