Bank Of Baku

Sentyabrda Elm və Təhsil Nazirliyinə 41 mindən çox müraciət daxil olub

Sentyabrda Elm və Təhsil Nazirliyinə 41 mindən çox müraciət daxil olub
# 01 oktyabr 2025 16:52 (UTC +04:00)

Sentyabrın 16-dan 30-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 41 811 vətəndaş müraciəti daxil olub.

Bu barədə APA-ya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Müraciətlərin 26 523-ü çağrı mərkəzləri, 7 174-ü elektron, 1 644-ü isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 6 470 müraciət qeydə alınıb.

Müraciətlər müəllimlərin iş yerinin dəyişdirilməsi, təhsil tələbə krediti, şagird yerdəyişməsi, xarici diplomların tanınması, məktəbəhazırlıq qrupları, məktəbəqədər təhsil və digər məsələlərlə bağlı olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR