Zaqatalada internat məktəbinin bağlanmasına aydınlıq gətirilib

Zaqatalada internat məktəbinin bağlanmasına aydınlıq gətirilib
# 16 may 2025 19:08 (UTC +04:00)

Zaqatalada internat məktəbinin bağlanmasına aydınlıq gətirilib.

Şəki-Zaqatala Regional Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, tədrisin keyfiyyətinin yüksəldilməsi, istedadlı uşaqlarla işin təşkili məqsədi ilə Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın liseyə çevrilməsi planlaşdırlır.

Qeyd olunub ki, dəyişiklik nəticəsində təhsilalanların təhsilalma hüququ tam təmin ediləcək, pedaqoji heyətin ixtisarı həyata keçirilməyəcək.

Xatırladaq ki, Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın 2024-cü ilin yanvarından təmirə bağlanıb. Bir müddət əvvəl isə internat tipli gimnaziyanın ləğv edilərək liseyə çevriləcəyi ilə bağlı məlumat yayılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR