Yarım il ərzində Makedoniya ərazisindən 335 min miqrant keçib

Yarım il ərzində Makedoniya ərazisindən 335 min miqrant keçib
# 15 dekabr 2015 02:53 (UTC +04:00)

Bakı-APA. Son 6 ay ərzində 335 min miqrant Makedoniya ərazisindən keçərək Qərbi Avropa ölkələrinə üz tutub.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Makedoniya DİN-n məlumatında bildirilir.

“İyunun 19-dan dekabrın 13-dək 336, 84 min əcnəbi vətəndaş qeydiyyata alınıb. Onlardan 188 mini kişi, 54,95 mini qadın, 75,97 mini valideynli və 17, 87 min valideynsiz uşaqlardı”, məlumatda qeyd olunur.

Miqrantların əksəriyyətinin suriyalılar olduğu bildirilir – 193, 58 min. Əfqanıstandan 82 minə, İraqdan isə 40 minə yaxın insan Makedoniya ərazisindən keçib. “Miqrantlardan yalnız 83-ü Makedoniyada sığınacaq almaq üçün müraciət edib”, sənəddə vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR