“AGBank”ın səhmdarlarından biri payını satıb

“AGBank”ın səhmdarlarından biri payını satıb
# 08 fevral 2016 14:19 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “AGBank” ASC-nin minoritar səhmdarlarının sayında və pay bölgüsündə dəyişiklik baş verib.

APA-Economics”in xəbərinə görə, bankın minoritar səhmdarlarının sayı 61-dən 60-a enib.

Bundan başqa, onların bankın nizamnamə kapitalındakı ümumi payı isə 31,463%-dən 31,47%-dək artıb. Başqa sözlə, 1 minoritar səhmdar payını digər minoritar səhmdarlardan birinə satıb.

Qeyd edək ki, əsas majoritar səhmdarların nizamnamə kapitalında payı dəyişilməz olaraq qalıb. Belə ki, Beynəlxalq Maliyyə Korporasiyasının nizamnamə kapitalında 17,5%, “Kazimir Partners” şirkəti 10%, Çingiz Əsədullayev (Müşahidə Şurasının sədri) 23,270%-lik, Yusifov Fərzulla (Müşahidə Şurasının üzvü) 17,767%-lik paya malikdirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR