Abraham Kuper: “Azərbaycan xalqı tolerantlığı ilə fəxr edə bilər”

Abraham Kuper: “Azərbaycan xalqı tolerantlığı ilə fəxr edə bilər”
# 28 sentyabr 2016 19:36 (UTC +04:00)

Quba. Vəli Turan – APA. Azərbaycana səfərə gəlmiş ABŞ-dakı Simon Vizental Mərkəzinin rəhbərinin müavini, ravvin Abraham Kuper ölkəmizdə tolerantlığın yüksək səviyyədə olduğunu bildirib.

APA-nın məlumatına görə, Qırmızı qəsəbədə iki sinaqoqu və mədəniyyət mərkəzini ziyarət edən qonaq təəssüratlarını jurnalistlərlə bölüşüb. O, dağ yəhudilərinin tarixini öyrənməyin çox maraqlı olduğunu vurğulayıb.

“Bizim ölkə prezidenti ilə də görüşümüz oldu. Tolerantlıqdan danışanda xüsusi olaraq bir şey qeyd olundu ki, tolerantlıq təkcə nəzəri bir fikir deyil. Azərbaycanda biz praktik olaraq görə bilirik ki, müxtəlif dini və etnik azlıqların nümayəndələri birgə mehriban yaşayır. Azərbaycan xalqı bununla fəxr edə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR