“Təmiz Şəhər” dünya konqresində iştirak edib

“Təmiz Şəhər” dünya konqresində iştirak edib
# 28 sentyabr 2016 08:28 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Serbiyanın Novıy Sad şəhərində Beynəlxalq Bərk Məişət Tullantıları Assosiasiyasının (ISWA) təşkilatçılığı ilə bərk məişət tullantılarının idarə edilməsi sahəsində ən böyük beynəlxalq elmi və praktiki tədbir olan “İllik Dünya Konqresi” keçirilib.

“Təmiz Şəhər” ASC-dən “APA-Economics”ə verilən məlumata görə, 70 ölkədən 1 400-ə yaxın nümayəndənin iştirak etdiyi tədbirdə Azərbaycanı ASC-nin idarə heyətinin sədri Etibar Abbasov və Layihələrin idarəolunması və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Faiq Məmmədov təmsil ediblər.

Tədbir çərçivəsində Azərbaycan nümayəndə heyəti Bakı şəhərində tullantıların idarə olunması, Abşeron göllərinin bərpası, Balaxanı Sənaye Parkının fəaliyyəti barədə geniş təqdimatla çıxış ediblər.

Daha sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR