Avtonəqliyyat vasitələrinin icbari sığortasından daxilolmalar artıb

Avtonəqliyyat vasitələrinin icbari sığortasından daxilolmalar artıb
# 01 iyun 2016 09:33 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. 2016-cı ilin may ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 100 067 müqavilə qeydiyyata alınıb.

Bürodan “APA-Economics”ə verilən məlumata görə, bunların 11 221-i xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan nəqliyyat vasitələri təşkil edib. 2016-cı ilin may ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 7,5 mln. manat olub.

2015-ci ilin may ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 6,9%, sığorta haqlarının məbləğində isə 9,9% artım müşahidə edilib. Mayda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin aprel ayı ilə müqayisədə 1,6% azalaraq 75,7 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR