Fransa parlamentinin deputatı: “Azərbaycandakı seçkilər Avropa standartlarına tam cavab verir”

Fransa parlamentinin deputatı: “Azərbaycandakı seçkilər Avropa standartlarına tam cavab verir”
# 01 noyabr 2015 16:28 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. “Mən bir sıra seçki məntəqələrində müşahidələrimi apardım və seçki prosesi insidentsiz keçdi”.


Bunu APA-ya açıqlamasında Avropa Seçki Müşahidə Akademiyasının üzvü, Fransa Milli Assambleyasının deputatı Tyerri Mariani bildirib. O deyib ki, Azərbaycanda keçirilən parlament seçkiləri Avropa standartlarına tam cavab verir: "Düşünürəm ki, seçkilərlə bağlı ümumi vəziyyət qənaətbəxşdir".

Fransa Milli Assambleyasında Fransa-Azərbaycan dostluq qrupunun prezidenti Mişel Voisin isə artıq 8-ci dəfədir ki, Azərbaycandakı seçki prosesini izlədiyini söyləyib: “Hər dəfə beynəlxalq standartlara çatmaq baxımından bir sıra səylər və irəliləyişlər müşahidə edirəm".

M. Voisin qeyd edib ki, Azərbaycanda parlament seçkiləri normal şəraitdə keçib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR