Dünyada artıq çəkili insanların sayı tarixdə ilk dəfə arıq insanların sayını üstələyib

Dünyada artıq çəkili insanların sayı tarixdə ilk dəfə arıq insanların sayını üstələyib
# 01 aprel 2016 05:29 (UTC +04:00)

Bakı-APA. Dünyada piylənmədən əziyyət çəkən insanların sayı tarixdə ilk dəfə olaraq az çəkili insanların sayını üstələyib. APA-nın xəbərinə görə, bu barədə “Lancet” dərgisində dərc olunan araşdırmada bildirilir.

Aparılmış tədqiqatın nəticələrinə əsasən, son 40 ildə piylənmədən əziyyət çəkən insanların sayı 6 dəfədən çox artıb. Əgər 1975-ci ildə dünyada bu problemlə 105 mln. adam üzləşmişdirsə, 2014-cü ildə artıq çəki problemi 640 mln. insanı əhatə edib.

“Bu tendensiyanın davam edəcəyi təqdirdə, artıq 2025-ci ildə dünya üzrə kişilərin 18 faizi, qadınların isə 21 faizi piylənmədən əziyyət çəkəcək”, - deyə tədqiqatda qeyd olunur.

Tədqiqatın nəticələrinə əsasən, dünyada az çəkili insanların sayı qadınlar arasında 12 faiz, kişilər arasında isə 15 faiz təşkil edir.

Az çəki problemi, əsasən, Cənubi Asiya və Afrika qitəsinin bir sıra ölkələrində müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR