Təcili yardım briqadaları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq

Təcili yardım briqadaları bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
# 28 dekabr 2015 11:22 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev - APA. Yeni il bayramı və 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günündə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası gücləndirilmiş iş rejimində çalışacaq. Bu barədə APA-ya Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin müavini Oqtay Şahmalıyev məlumat verib. O bildirib ki, bayram günlərində 140 briqada xətdə olacaq.

Baş həkimin müavini əlavə edib ki, bayram günlərində təcili yardıma müraciət edən insanların sayı çox olur: “Bu da həmin günlərdə xəstəxana və poliklinikaların işləməməyi ilə bağlıdır”.

O. Şahmalıyev qeyd edib ki, Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası lazımi avadanlıq və dərman vasitələri ilə tam təchiz olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR